Medianews.az
Bizi Azərbaycanla yeni müharibəyə sürükləyirlər -
101 baxış

Bizi Azərbaycanla yeni müharibəyə sürükləyirlər - Paşinyan lobbini ittiham etdi

ABŞ Konqresindəki ARF Daşnaksütyun lobbisi Qarabağ hərəkatını dirçəltmək üçün təşəbbüslər irəli sürür.

Bunu Baş nazir Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə jurnalistlərə "Qərbi Azərbaycan"a həsr olunmuş tədbirlərin intensivləşdirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Xüsusilə, o əlavə edib ki, ABŞ Konqresi ARF lobbisinin dəstəyi ilə ermənilərin Qarabağa təhlükəsiz qayıtması ilə bağlı bəyanat qəbul etmək niyyətindədir. Paşinyan bildirib ki, əslində bu, "Qarabağ hərəkatının davamı" deməkdir.

“Bu davam etdiyi müddətcə bu müzakirələr Azərbaycanda da güzgü şəklində davam edəcək”, - Paşinyan bildirib.

O əlavə edib ki, hakimiyyətdə qaldığı müddətcə bu cür təşəbbüslərin heç bir praktik əhəmiyyəti olmayacaq və Qarabağ hərəkatını davam etdirmək üçün edilən bütün cəhdlər yatırılacaq.

“Xalq buna qarşı səs verdi və biz bu cür cəhdləri Ermənistan xalqını yeni bir müharibəyə sürükləmək cəhdi hesab edəcəyik. Razılaşmalarımızın mahiyyəti ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birini rahat buraxmalıdır, yəni Ermənistan Qarabağ hərəkatından imtina etməli, Azərbaycan bu məntiqlə bağlı addımlar atmamalıdır”, - deyə Paşinyan bildirib./pubblika.az

Bizə qoşulun