Medianews.az
General rütbəsi verilən
145 baxış

General rütbəsi verilən polkovniklər kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verilib.

"General-mayor" ali hərbi rütbəsi ilə təltif edilən polkovnik Azər Əfrayıl oğlu Heybətli Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edir.

O, Azərbaycan Ordusunda müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışıb, Azərbaycanın Böyük Britaniyadakı attaşesi vəzifəsində də fəaliyyət göstərib.

"General-mayor" ali hərbi rütbəsi verilən digər polkovnik Elçin Rəhim oğlu Abdullayev Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsidir.

Ali hərbi rütbə alan Gülməmməd Tofiq oğlu Rzayev Vətən müharibəsi iştirakçısıdır. O, "Qarabağ" ordeni ilə təltif edilib./unikal/

Bizə qoşulun