Avstraliyada sosial şəbəkələrə tətbiq edilən qadağa yeniyetmələrin davranışına ciddi təsir göstərməyib.
Medianews.az xəbər verir ki, bu barədə “Sky News”un istinad etdiyi araşdırmada qeyd olunub.
Araşdırmanın nəticələrinə görə, 2025-ci ilin dekabrında tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, 16 yaşdan aşağı şəxslərin təxminən 85 faizi sosial şəbəkələrdən istifadə etməyə davam edir. Həmçinin onların bu platformalarda keçirdiyi vaxtda da ciddi dəyişiklik müşahidə olunmayıb.
Məlumata əsasən, 12-13 yaşlı uşaqlar arasında sosial şəbəkələrdən gündəlik istifadə səviyyəsi əvvəlki kimi qalıb. 14-15 yaş qrupunda bu göstərici 69 faizə qədər azalsa da, 16 yaşdan yuxarı istifadəçilər arasında əksinə, 9 faiz artım qeydə alınıb.
Araşdırmada bildirilir ki, dünyada ilk dəfə tətbiq edilən Avstraliya modeli yeniyetmələrin yüksək riskli platformalarda keçirdiyi vaxta nəzərəçarpacaq təsir göstərməyib.
Qeyd olunur ki, məhdudiyyətləri keçmək üçün yeniyetmələrin ən çox istifadə etdiyi üsullar başqasının hesabından daxil olmaq və ya saxta yaş məlumatı ilə yeni hesab yaratmaq olub./Publika.az