anada hökuməti futbol üzrə dünya çempionatına yollanmaq istəyən azarkeşlərin viza müraciətlərinin yarısından azını təsdiqləyib.
Bu barədə CTV telekanalı məlumat yayıb.
Məlumata əsasən, Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinə 160-dan çox ölkədən viza verilməsi ilə bağlı 17 minə yaxın müraciət daxil olub. Lakin bu müraciətlərin cəmi 41%-nə müsbət cavab verilib.
Ən çox müraciət milli komandası iyunun 17-də Torontoda Panama yığması ilə (1:0) qarşılaşan Qanadan qeydə alınıb. Yekun nəticədə Kanada rəsmiləri qanalı azarkeşlərin turist vizası üçün etdiyi 1 725 müraciətin sadəcə 11%-ni təmin ediblər.
ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edir və onlar 12 qrupa bölünüb. Hər kvartetin ən güclü iki komandası, həmçinin üçüncü yeri tutan ən yaxşı səkkiz yığma 1/16 finala vəsiqə qazanacaq. Kanadada oyunlara Vankuver və Toronto şəhərləri ev sahibliyi edir./oxu.az