Medianews.az
Hörmüz boğazı heç bir dövlətə məxsus deyil -
85 baxış

Hörmüz boğazı heç bir dövlətə məxsus deyil - Rubio

Hörmüz boğazı heç bir ölkəyə məxsus ola bilməz və ABŞ bu boğazdan keçid üçün ödəniş tələb edilməsini qəbul etmir.

Bunu ABŞ dövlət katibi Marko Rubio Bəhreynə səfəri zamanı bildirib.

O deyib ki, ABŞ hər hansı bir ölkənin Hörmüz boğazı üzərində suverenlik və ya xüsusi hüquq iddiasını rədd edir:

“Biz İranla razılaşma əldə etmək istəyirik, lakin istənilən qiymətə əldə olunmuş bir razılaşma istəmirik. Buna keçid haqqı da deyə bilərsiniz, xərac da deyə bilərsiniz, amma nəticə etibarilə bunların hamısı sadəcə söz oyunudur”./publika.az

Bizə qoşulun