Rusiyanın Novokuznetsk şəhərində 43 yaşlı qadın sərnişinlərin olduğu taksiyə atəş açıb.
Medianews.az xəbər verir ki, hadisə həyətlərdən birində yol vermək üstündə yaranan münaqişə zəminində baş verib.
"Toyota Corolla" markalı taksinin 45 yaşlı qadın sürücüsü və daxildəki iki sərnişin yolu keçdikdən dərhal sonra, "Nissan Serena" idarə edən digər qadın sürücü onları təqib etməyə başlayıb. O, taksi avtomobilini ötərək onun yan şüşəsinə və kuzovuna üç dəfə atəş açıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Atəş açan qadından iki ədəd pnevmatik tapança müsadirə edilib. Onu 7 ilə qədər həbs cəzası gözləyir.
Medianews.az