Medianews.az
Gündəm olan TRANSFER:
109 baxış

Gündəm olan TRANSFER: Kukurelyadan ETİRAF

İspaniyalı müdafiəçi Mark Kukurelya "Çelsi"dən "Real Madrid"ə transferinin detallarını açıqlayıb.

Medianews.az xəbər verir ki, 27 yaşlı futbolçu "Kral Klubu"nu seçməsində baş məşqçi Joze Mourinyonun şəxsi zənginin həlledici rol oynadığını etiraf edib.

Kukurelya transfer prosesi haqqında belə deyib: "Mourinyo kimi bir məşqçi sizə zəng edəndə, bu, böyük qürurdur. O, mənə əvvəlcə mesaj yazdı, sonra isə zəng etdi. Onun şəxsən zəng vurub planlarından danışması çox önəmlidir. Onunla işləməyi səbirsizliklə gözləyirəm."

Yeni klubuna keçidi böyük bir sınaq adlandıran ispan müdafiəçi, "Real"la 30 iyun 2032-ci ilə qədər müqavilə imzalayıb.

Medianews.az

Bizə qoşulun