Medianews.az
Azərbaycan nefti bu ay nə qədər ucuzlaşıb?
177 baxış

Azərbaycan nefti bu ay nə qədər ucuzlaşıb?

İyunun 25-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 76,38 dollara satılır.

Medianews.az bildirir ki, bu, ayın siftə qiymətindən 28,20 dollar aşağı göstəricidir.

Neft fevralın 28-dən İran ətrafında gərginlik dalğasında bahalaşıb. İyun ayından yumşalma fonunda ucuzlaşma gedir.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58 dollarla başlayıb.

Medianews.az 

Bizə qoşulun