Braziliya millisinin hücumçusu Neymar 2026-cı il dünya çempionatındakı debüt oyununu şərh edib.
Medianews.az xəbər verir ki, ulduz futbolçu cari mundialdakı ilk matçını möhtəşəm bir an kimi dəyərləndirib.
Tanınmış insayder-jurnalist Fabrisio Romanonun sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, Neymar debütü barədə bu sözləri deyib: "Bu, möhtəşəm bir an idi! 100 faiz fantastik idi! Hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, iyunun 24-dən 25-nə keçən gecə Braziliya milli komandası DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda Şotlandiya seçməsini 3:0 hesabı ilə darmadağın edib. Qarşılaşmada qolları Vinisius Junior və Mateus Kunya vurublar. Neymar oyuna ikinci hissədə daxil olaraq bu dünya çempionatında debüt etsə də, məhsuldar xalla yadda qala bilməyib.
Medianews.az