ABŞ, Kanada və Meksikada keçirilən 23-cü dünya futbol çempionatında geridə qalmış 54 oyunda 161 qol vurulub.
Medianews.az bildirir ki, bunun 11-i avtoqoldur.
Lionel Messi (Argentina) 5, Kilian Mbappe (Fransa), Erlinq Holann (Norveç) və Vinisius Junior (Braziliya) 4, Conatan Devid (Kanada), Dəniz Undav (Almaniya), Joan Manzanbi (İsveçrə), Mateus Kunya (Braziliya) və İsmayıl Saybari (Mərakeş) 3 qol vurub.
19 oyunçu 2 qola, 80 oyunçu 1 qola imza atıb.
İyunun 11-də start götürmüş çempionatda 48 komanda 12 qrupa bölünüb. İlk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alır.
Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.
Əvvəlki 22 dünya çempionatında Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə zirvəyə möhür vurub.