Medianews.az
Çoxu səhv edir -
83 baxış

Çoxu səhv edir - İdeal yuxu temperaturunu açıqladı

Amerikalı somnoloq (yuxu mütəxəssisi) Brayan Çen rahat və dərin yuxu üçün yataq otağında ideal temperatur dərəcəsini açıqlayıb.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, yataq otağında ən optimal temperatur 15,5–19,4°C arasıdır. Araşdırmalar göstərir ki, bu göstərici əksər insanların öyrəşdiyi otaq temperaturundan xeyli soyuqdur.

"Yuxu zamanı bədən temperaturu minimum həddə düşür və bu, sizin sirkad ritmlərinizlə birbaşa bağlıdır. Həddindən artıq isti otaqda beyin dərin yuxu mərhələsinə keçməkdə çətinlik çəkir", - deyə doktor Çen bildirib.

Medianews.az

Bizə qoşulun