Medianews.az
Timsah gənc oğlanı
77 baxış

Timsah gənc oğlanı parçaladı

Meksikanın məşhur kurort zonası Puerto-Valyartada timsah okeanda çimən 28 yaşlı gənci amerikalı turistlərin gözü qarşısında parçalayaraq öldürüb.

Medianews.az xəbər verir ki, ABŞ-dan gələn Kris Byuri və Ceymi Yetter cütlüyü hovuz kənarında istirahət edərkən qəfil kömək qışqırığı eşidiblər. Onlar timsahın okeanda bir nəfərə hücum etdiyini görərək dərhal köməyə qaçıblar.

Hadisə yerinə gələn xilasedicilər gənc oğlanın yalnız qalıqlarını tapa biliblər. Məlum olub ki, həlak olan şəxs iş davası ilə kurorta gələn 28 yaşlı Meksika vətəndaşıdır. İnsanları qorxuya salan nəhəng timsah sonradan xüsusi xidmət əməkdaşları tərəfindən yaxalanıb.

Medianews.az

Bizə qoşulun