övqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.
Bu barədə Medianews.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.
Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.