Medianews.az
Kimlərə acı yemək
84 baxış

Kimlərə acı yemək olmaz?

Diyetoloq Natalya Lazurenko acı qidaların və ədviyyatların insan orqanizminə təsiri, həmçinin kimlər üçün təhlükəli olduğu barədə danışıb.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, tamamilə sağlam insanlar üçün acı qidalar olduqca faydalıdır.

Ədviyyatlar bədəndə fermentlərin ifrazını stimullaşdırır. Bu isə zülal və yağların parçalanmasını, həzmini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Xüsusilə amin turşuları ilə zəngin olan zülallı qidaların, eləcə də yağların orqanizm tərəfindən mənimsənilməsi prosesində acı ədviyyatlar müsbət rol oynayır. 

Lakin mədə və ya bağırsaqlarında iltihab olan şəxslər üçün bu cür qidalar ciddi təhlükə mənbəyinə çevrilir. Lazurenko xəbərdarlıq edib ki, acı yeməklər həzm sisteminin selikli qişasını qıcıqlandıraraq xroniki xəstəliklərin kəskinləşməsinə, kəsici ağrılara və sancılara səbəb olur.

Ekspert yekun olaraq vurğulayıb ki, mədə-bağırsaq traktı xəstəliklərindən əziyyət çəkənlərə acı qidalar qətiyyən qadağandır, sağlam orqanizm üçün isə normada qəbul edilən ədviyyat olduqca faydalıdır.

Medianews.az

Bizə qoşulun