Medianews.az
Prezident ASAN xidmətlə bağlı
81 baxış

Prezident ASAN xidmətlə bağlı FƏRMAN imzaladı

ASAN xidmət və Esvatini arasında əməkdaşlığa dair memorandum təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Esvatini Krallığı Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, sənəd bu il mayın 19-da Bakı şəhərində imzalanıb.

Bizə qoşulun