Medianews.az
Qətərdən ABŞ-İran danışıqları ilə bağlı
97 baxış

Qətərdən ABŞ-İran danışıqları ilə bağlı açıqlama

Dohada ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa görüşlərin keçirilməsi planlaşdırılmır.

Bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər arasında dolayı danışıqlarda əsas müzakirə mövzuları Hörmüz boğazındakı vəziyyət, İranın nüvə proqramı və regiondakı ümumi vəziyyət olacaq.

Əl-Ənsari vurğulayıb ki, Qətərin mövqeyi dəyişməzdir və ölkə beynəlxalq statusa malik Hörmüz boğazında gəmiçiliyin maneəsiz təmin edilməsini vacib hesab edir./publika.az

Bizə qoşulun