Medianews.az
Azərbaycana qarşı döyüşən
108 baxış

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Ermənistanda yol-nəqliyyat hadisəsi zamanı yanaraq külə dönən avtomobildə 4 nəfərin meyiti aşkar edilib.

Medianews.az xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən şəxslərin Ermənistanın terrorçu "Yerkrapа" qruplaşmasının üzvləri olduğu məlum olub. 

Araşdırmalar zamanı onların vaxtilə Azərbaycana qarşı aparılan işğalçı müharibələrdə və hərbi əməliyyatlarda fəal iştirak etdikləri müəyyən edilib.

Hadisənin təfərrüatları və qəzanın başvermə səbəbləri barədə yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə iyunun 29-da səhər saat 04:50 radələrində Ovşar kəndi yaxınlığında qeydə alınıb.//Modern.az 

Bizə qoşulun