Medianews.az
Niderlandda DƏHŞƏTLİ GECƏ:
109 baxış

Niderlandda DƏHŞƏTLİ GECƏ: Mərakeşlilər küçələri yandırdı

Mərakeş millisinin DÇ-2026-da Niderlandı turnirdən kənarlaşdırmasından sonra, Niderlandın bir neçə böyük şəhərində mərakeşli azarkeşlər kütləvi iğtişaşlar törədiblər.

Medianews.az xəbər verir ki, matçdan dərhal sonra Amsterdam, Rotterdam və digər şəhərlərin küçələri qəfil qarışıb.

Haaqa şəhərində səhərə yaxın vəziyyət tamamilə nəzarətdən çıxıb. Belə ki, qələbəni qeyd edən azarkeşlər ərazidə patrul xidməti aparan polislərə daş və fişənglər atmağa başlayıblar. Asayişi bərpa etmək üçün hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub və kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə edilib. Ən azı bir nəfərin həbs olunduğu bildirilir. Bənzər iğtişaşların Amersfort şəhərində də qeydə alındığı vurğulanır.

Qeyd edək ki, 1/16 finalda Niderlandı sıradan çıxaran Mərakeş millisi DÇ-2026-nın növbəti mərhələsində - iyulun 4-də Kanada ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun