Medianews.az
Qətli törətdikdən sonra
169 baxış

Qətli törətdikdən sonra infarkt keçirdi

ABŞ-ın Alabama ştatının Lanett şəhərində 44 yaşlı Daniel Robbins sevgilisi 47 yaşlı Jessica Foldsu meşəlik ərazidə boğaraq öldürdükdən sonra qadının cəsədini daşıdığı vaxt ürək tutmasından ölüb.

Medianews.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Polis məlumatına görə, ərazidə mühərriki işlək vəziyyətdə tərk edilmiş pikap aşkarlanıb və aparılan axtarış zamanı meşəlikdə yan-yana iki meyit tapılıb. Məhkəmə-tibb ekspertizasının nəticələrinə əsasən, qadının boğularaq öldürüldüyü, kişinin isə yüksək fiziki gərginlik və stress səbəbindən infarkt keçirdiyi müəyyən edilib.

Hadisə “qeyri-adi şəkildə tamamlanan cinayət işi” kimi qeydə alınıb./Axar.az

Bizə qoşulun