Medianews.az
1969-un sevgi hiti:
128 baxış

1969-un sevgi hiti: rok tarixində iz qoyan mahnı

Amerikalı müğənni və bəstəkar Stiven Stillsin 1969-cu ildə yazdığı "Suite: Judy Blue Eyes" mahnısı haqqında yeni məlumatlar ortaya çıxıb.

Medianews.az xəbər verir ki, mahnı sənətçinin ayrıldığı sevgilisi Cudi Kollinzə həsr olunub.

Münasibətləri dağılmağa başlayanda Stills yaşadığı hissləri musiqi vasitəsilə ifadə etmək qərarına gəlib. O bildirib ki, ayrılıq qaçılmaz idi və mahnının sözləri həmin dövrdə keçirdiyi hisslərin əksidir. "Suite: Judy Blue Eyes" yayımlandıqdan qısa müddət sonra ABŞ-ın "Billboard Hot" 100 hit-paradında 21-ci pilləyə yüksəlib və Stillsin ən uğurlu əsərlərindən birinə çevrilib.

Mahnını dinləyən Cudi Kollinz isə qısa, lakin yaddaqalan cavab verib: "Bu, gözəl mahnıdır, amma məni sənə geri qaytarmayacaq".

"Suite: Judy Blue Eyes" sonradan folk-rok janrının simvolik əsərlərindən biri kimi qəbul edilib. Mahnı illər ərzində bir çox nüfuzlu musiqi festivalında səsləndirilib və bütün zamanların ən yaxşı rok mahnıları sırasında yer alıb./Lent.az

Bizə qoşulun