Rusiyada bir qadın tərkibində narkotik maddələr olan göbələklərdən şokolad konfetləri hazırlayıb və onların satışı ilə məşğul olub.
Medianews.az xəbər verir ki, o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaqa görə, qadın və əlbir olduğu şəxs kirayə mənzildə sözügedən göbələkləri yetişdirərək onlardan konfet hazırlayıb. Məhsullar teleqram vasitəsilə satılıb və poçtla müştərilərə göndərilib.
Qadın məhkəmədə təqsirini etiraf edib. Onun köməkçisi ilə bağlı araşdırma davam edir.
Medianews.az