Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Medianews.az xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib.
O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:
"Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Bu gün qəfil vəziyyəti pisləşdiyi üçün təcili yardımla xəstəxanaya çatdırıldı".
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.