Medianews.az
Keniyada sel fəlakəti:
100 baxış

Keniyada sel fəlakəti: 10 nəfər ÖLÜB

Keniyanın paytaxtı Nairobi şəhərində güclü yağışlardan sonra baş verən sel nəticəsində azı 10 nəfər həyatını itirib.

Medianews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, ötən gün şəhərdə yağan güclü yağışlar nəticəsində daşqınları baş verib.

Nairobi Polis Komandanı Corc Seda yerli radioya açıqlamasında bildirib ki, sel nəticəsində 10 nəfər ölüb.

Onun sözlərinə görə, ölənlərdən 8-i sürətlə yüksələn sel suları səbəbindən axının apardığı avtomobillərin içində həyatını itirib.

Seda qeyd edib ki, sel zamanı şəhərin müxtəlif ərazilərində elektrik cərəyanı vurması nəticəsində daha 2 nəfər ölüb. Güclü su basması səbəbindən əsas yolların keçilməz hala düşməsi nəticəsində şəhər üzrə ən azı 71 avtomobil yolda qalıb.

Polis rəsmisi əlavə edib ki, seldən zərər çəkmiş bir çox ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Ölkənin böyük hissəsində güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq edilib.

Bizə qoşulun