Medianews.az
Kent Xameneinin öldürülməsi barədə:
151 baxış

Kent Xameneinin öldürülməsi barədə: Etməli olduğumuz son şey idi

“İranın Ali rəhbəri Əli Xameneini öldürmək etməli olduğumuz son şey idi”.

Medianews.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Milli Terrorizmlə Mübarizə Mərkəzinin keçmiş direktoru Co Kent deyib.

“Xameneinin mövcudluğu onların nüvə proqramını müəyyən qədər cilovlayırdı, nüvə silahı əldə etmələrinə mane olurdu. Əgər onu aradan qaldırsan, xüsusilə də aqressiv şəkildə öldürsən, insanlar rejim və növbəti ayətullah ətrafında birləşəcəklər. Məncə, hazırda bütün məlumatlar da məhz bunun baş verdiyini göstərir”,- o bildirib.

Xatırladaq ki, Co Kent ABŞ-İran müharibəsi fonunda martın 17-də istefa verib.

Bizə qoşulun