Medianews.az
Kivini qabıqlı yeyin -
56 baxış

Kivini qabıqlı yeyin - Diyetoloqdan məsləhət

Diyetoloq Sergey Malozemov kivi qabığının faydaları barədə danışıb.

Medianews.az xəbər verir ki, diyetoloqun sözlərinə görə, kivi qabığı liflə zəngin olmaqla yanaşı, bağırsaq funksiyasını yaxşılaşdırır.

Malozemov bildirib ki, qabıq həm də beyin və ürək üçün vacib olan fol turşusu, immun sistemini gücləndirən C və E vitaminləri ilə zəngindir.

“Qabığını atmaqla, faktiki olaraq vitaminləri atırsınız. Bütöv kivi isə əsəbləri sakitləşdirir, yuxunu yaxşılaşdırır və həzmi artır,” – deyə dietoloq əlavə edib.

Həkim həmçinin kivi seçərkən dərisinin quru, tüklü, bərabər rəngdə, ləkəsiz olmasına diqqət yetirməyi, orta sərtlikdə meyvələr seçməyi və yeməkdən əvvəl yaxşı yumağı tövsiyə edib.

Medianews.az

Bizə qoşulun