Medianews.az
Klub rəsmisinin qızı ilə sevgili oldu,
111 baxış

Klub rəsmisinin qızı ilə sevgili oldu, heyətdən kənarlaşdırıldı - FOTO

"Betis"də son həftələr bir futbolçunun ətrafında yaranmış əsl sevgi macərası səbəbindən gərginlik yaşanıb.

Medianews.az xəbər verir ki, yarımmüdafiəçi Nelson Deossa gözlənilmədən komandanın heyətindən kənarda qalıb və bu, dərhal müxtəlif şayiələrin yayılmasına səbəb olub. Göründüyü kimi, məsələ təkcə futbol amili ilə bağlı olmayıb.

İspaniya mətbuatı futbolçunun yoxa çıxmasını Daniela Sançes ilə mümkün münasibətləri ilə əlaqələndiririb. O, klubun əfsanəsi və İdarə Heyətinin üzvü Xoakin Sançesin qızıdır. Sosial şəbəkələrdə həm Deossanın, həm də Danielanın paylaşdıqları müəmmalı postlar vəziyyəti daha da qızışdıraraq müəyyən xarici təzyiqlərə işarə kimi dəyərləndirilirib.

Qeyd edək ki, müzakirələri artıran digər məqam da var. Azarkeşlər futbolçunun uğursuz oyunlardan sonra da gecə həyatından uzaq durmadığını qeyd edirlər. Nəticədə Deossa ardıcıl bir neçə oyunu buraxıb və vəziyyətin çıxılmaz nöqtəyə çatdığı təsiri yaranıb.

Lakin görünür, tərəflər ortaq məxrəcə gəlib. UEFA Avropa Liqasında "Braqa"ya qarşı oyun ərəfəsində kolumbiyalı futbolçu yenidən komandanın heyətinə qayıdıb. Bu isə rəhbərliklə müəyyən “barışıq” əldə olunduğunu göstərir.//Publika.az

Image

Bizə qoşulun