Medianews.az
Kobaxidze: problemlər var,
57 baxış

Kobaxidze: problemlər var, amma dialoq davam edir

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukrayna prezidenti Volodimir Zelenski ilə ilk telefon danışığından sonra iki ölkə arasında fikir ayrılıqlarının davam etdiyini bildirib.

Medianews.az qeyd edib ki, danışıqlarda mövcud problemlərin detalları dərin müzakirə olunmayıb, lakin bu məsələlər hələ də qalmaqdadır.

Buna baxmayaraq, Kobaxidze Gürcüstanın Ukraynanı dost ölkə hesab etdiyini və söhbətin müsbət atmosferdə keçdiyini vurğulayıb.

Medianews.az

Bizə qoşulun