Medianews.az
 Kremlə çevriliş qorxusu:
150 baxış

Kremlə çevriliş qorxusu: Putinin təhlükəsizlik halqası gücləndirildi

Qərb kəşfiyyatında yayılan məlumatlara görə, Rusiya Prezidenti Vladimir Putin ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Medianews.az xəbər verir ki, buna səbəb yüksək rütbəli hərbçilərə qarşı sui-qəsdlər və mümkün çevriliş riskinin olmasıdır.

Məlumata əsasən, Putinin yaxın çevrəsində çalışan şəxslərin evlərində gizli müşahidə sistemləri quraşdırılıb, onların ictimai nəqliyyatdan istifadəsi qadağan edilib, eləcə də interneti olmayan sadə telefonlardan istifadə etməyə məcbur ediliblər.

2025-ci ildə yüksək rütbəli bir generalın öldürülməsi təhlükəsizlik sistemində ciddi dəyişikliklərə səbəb olub. Bundan sonra Putin və ailəsinin Moskva ətrafı və bəzi rəsmi iqamətgahlarda qalmaqdan imtina etdiyi bildirilir.

Kəşfiyyat məlumatlarında keçmiş müdafiə naziri Sergey Şoyqunun da “potensial təhlükə” kimi qiymətləndirildiyi qeyd olunur. Onun ordu daxilində təsirinin davam etməsi Kreml daxilində narahatlıq yaradır.

Bundan əlavə, Kreml daxilində güc strukturları arasında gərginliyin artdığı, bəzi yüksək rütbəli zabitlərin qorunmasının xüsusi xidmət orqanlarına verildiyi bildirilir.

Təhlükəsizlik riskləri səbəbindən 9 May Qələbə Günü paradında ağır hərbi texnikanın nümayiş etdirilməyəcəyi də açıqlanıb.

Kremlin mövzu ilə bağlı rəsmi açıqlama vermədiyi qeyd olunur.

Medianews.az

 

Bizə qoşulun