Medianews.az
La Liqa klubu baş məşqçisini
121 baxış

La Liqa klubu baş məşqçisini göndərir

İspaniyanın "Vilyarreal" klubu baş məşqçi Marselino Qarsiya Toral ilə bağlı qərarını açıqlayıb.

Medianews.az xəbər verir ki, La Liqa təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatan 60 yaşlı mütəxəssislə yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ispaniyalı çalışdırıcı ilə yeni müqavilə imzalanmayacaq.

Qeyd edək ki, Marselino Qarsiya Toral 2023-cü ilin noyabrında baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda hazırda ölkə çempionatında 34 turdan sonra 68 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.//Teleqraf

Bizə qoşulun