Medianews.az
Laborantlıqdan Baş nazirə kimi YÜKSƏLDİ -
73 baxış

Laborantlıqdan Baş nazirə kimi YÜKSƏLDİ - 70 yaşlı Əli Əsədovun DOSYESİ

Bu gün yerli mediada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun şirkətləri,obyektləri barədə yazılar yer aldı.

Bunun ardınca bir neçə saytda baş naziri tənqid edən məqalələr yer aldı.Bütün bunlar yaşı 70-ə çatan baş nazirin postu ilə vidalaşacağı ehtimalını gücləndirir.

Bəs,bir gündə medianın tənqidinə məruz qalan Əli Əsədov kimdir?

Medianews.az bildirir ki, Oxu24.com xəbər verir  ki,Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub, 1964-1974-cü illərdə Bakı şəhərində 134 nömrəli məktəbdə təhsil alıb.

1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub və 1978-ci ildə həmin İnstitutu bitirib.

1978-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi çalışıb.

1978-1980-ci illərdə ordu sıralarında xidmət edib.

1980-ci ildə yenidən Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna qayıdaraq, 1981-ci ilədək baş laborant kimi fəaliyyətini davam etdirib.

1981-1984-cü illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda aspirant olub, 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.

1985-1989-cu illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi və elmi işçi kimi fəaliyyət göstərib.

1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb və 1995-ci ilədək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent və kafedra müdiri kimi çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

1998-ci il aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

2012-ci il 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin olunub.

2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri kimi çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 fevral tarixli Sərəncamı ilə yenidən Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür.

Təltiflər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2012-ci il)

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2016-cı il)

Ailəlidir, iki övladı var.

Oğlu  Hidayət Əsədov Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavinidir,baş ədliyyə müşaviri rütbəsini daşıyır.

Bizə qoşulun