Medianews.az
Xalq artistindən ETİRAF: “Oğlumun yanına gedəndə qar uçqununa düşdüm, ayaqlarım da...” -
182 baxış

Xalq artistindən ETİRAF: “Oğlumun yanına gedəndə qar uçqununa düşdüm, ayaqlarım da...” - FOTO+ÖZƏL

“Heç bir rejissordan dəvət gəlmir. Sonuncu çəkildiyim “Əqrəb mövsümü” serialı oldu. Orada da bir oğlanın anası rolunu oynayırdım. Nə versələr oynayaram. Mən heç vaxt “zakaz” etməmişəm. Əlbəttə ki, çəkilmək istərdim. Bu məndən asılı bir şey deyil. Çəkilişlərdə səhhətimə görə kömək etsələr çox yaxşı olar. Mənim danışığım, düşüncələrim yerindədir. Ağrıyan sadəcə ayaqlarımdır”

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Lətifə Əliyeva deyib.

O daha sonra illər əvvəl baş verən bir hadisəni xatırlayıb:

“Mən zamanında qar uçqununa düşmüşdüm. Oğlum o vaxt Tula şəhərində hərbi xidmətdə idi. Başına hadisə gəlmişdi. Mən təkbaşına durub onun arxasınca Tulaya getdim. Qar sinəmə qədər gəlib çatmışdı. Ordan gələndən sonra ayaqlarımı don vurdu. Uzun müddət ayaqlarım keyidi. 60 yaşımdan sonra ayaqlarımda şiddətli ağrılar yarandı. Sonra da teatrda alleqorik əsərlərdə çox oynadım. Uşaq rolları yaradırdım. Dizlərim, ayaqlarım işləməli idi.. Əlbəttə ki, rol bunu tələb edirdi”.



Xalq artisti illər sonra müğənni Aygün Kazımova ilə görüşdüyünü bildirib:

“Aygün xanıma məni sürpriz etdilər. Xəzər televiziyasında “Qonaqcanlı” verilişinə dəvət etdilər. Mən də sevinərək getdim. Aygün xanım şirin, xoşagələn bir qadındır. O vaxt “Tənha qadın” mahnısının klipinə çəkildim. Həqiqətən də “Tənha qadın” mahnısı mənim bugünki həyatımla səsləşir. Mən həyatda tənhayam. Bu qədər rollar oynamışam, amma hər kəs məni “Tənha qadın” mahnısındakı ana rolumla tanıyır. Aygün Kazımova daha sonra “İtkin gəlin” serialının mahnısını oxudu. Mən də o vaxt serialda baş rollardan birinə çəkilirdim. Bu mahnı da sevildi və bu gün də məşhurlaşdı”.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun