Mütəxəssislər qeyd edirlər ki, platformadan düzgün istifadə – profilin dolğun hazırlanması, düzgün açar sözlərdən istifadə və aktiv şəbəkələşmə – iş tapmaq şansını əhəmiyyətli dərəcədə artırır.
Medianews.az bildirir ki, statistikaya görə, istifadəçilərin əhəmiyyətli hissəsi – təxminən hər 3 nəfərdən 1-i bu platforma vasitəsilə iş tapmağa nail olub.
Məlumata əsasən, son illərdə rəqəmsal platformalar üzərindən iş axtarışı daha da geniş yayılıb və bu sahədə LinkedIn lider mövqeyini qoruyur. Hazırda platformanın dünya üzrə 1 milyarddan çox üzvü olduğu bildirilir. Bu geniş auditoriya iş axtaranlarla işəgötürənləri bir araya gətirən ən böyük peşəkar şəbəkələrdən birini formalaşdırır.
Araşdırmalara görə, LinkedIn vasitəsilə iş tapanların əksəriyyəti aktiv profil idarə edən, mütəmadi paylaşımlar edən və peşəkar əlaqələrini genişləndirən şəxslərdir. İşəgötürənlər isə namizədləri seçərkən onların profilindəki bacarıqlar, təcrübə və tövsiyələrə xüsusi diqqət yetirirlər.