Medianews.az
Livan prezidentindən İsrailə
137 baxış

Livan prezidentindən İsrailə atəşkəs təklifi

Livan Prezidenti Cozef Aun İsrailə biraylıq atəşkəs təklif edərək, bu müddət ərzində "Hizbullah" hərəkatının tərksilah edilməsinə nail olacağına söz verib.

Medianews.az xəbər verir ki, bu barədə "Əşarq əl-Əvsət" qəzeti Beyrutdakı diplomatik mənbələrə istinadən məlumat verib.

Qəzetdə qeyd olunub ki, dövlət başçısı sülh təklifini ABŞ-nin Livandakı səfiri Maykl İssa vasitəsilə İsrail tərəfinə çatdırıb. Aun bildirib ki, Livan ordusunun bütün qanunsuz hərbi qrupları tərksilah etmək üçün təsdiqlənmiş planı tamamlaya bilməsi üçün atəşkəs lazımdır. O, belə bir əməliyyatın hərbi şəraitdə həyata keçirilməsinin mümkün olmadığını vurğulayıb.

Qəzetin mənbələrə istinadən verdiyi məlumata görə, Aun dövlət silah inhisarının həyata keçirilməsinin İsrailin quruda, havada və dənizdə hərəkətlərinin artması fonunda başa çatdırıla bilməyəcəyini iddia edib.//Oxu.Az

Bizə qoşulun