Medianews.az
Loğman Məmiyev yüksək vəzifəyə
122 baxış

Loğman Məmiyev yüksək vəzifəyə təyin EDİLDİ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

Medianews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Loğman Məmiyev qurumun İdarə Heyətinin sədrinin müşaviri təyin edilib. Bu barədə İdarə Heyətinin sədri Vüsal Nəsirli müaviq əmr imzalayıb. 
 
Xəbəri AAYDA-nın mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, Loğman Məmiyev "Binagadi Oil Company" şirkətində inzibati məsələlər üzrə Baş direktorun müavini vəzifəsində işləyib.

Xatırladaq ki, bu ilin fevral ayının 6-sı Prezidentin Sərəncamı ilə AAYDA-nın İdarə Heyətinin sədri təyin olunan Vüsal Nəsirli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sabiq sədr müavini Zaur Kamal oğlu İbrahimovu özünə inzibati idarəetmə məsələləri üzrə məsləhətçisi təyin etmişdi.

Bizə qoşulun