Medianews.az
Lukaşenko:
84 baxış

Lukaşenko: “Səhvlərə baxmayaraq, Trampı dəstəkləyirəm”

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ rəhbərliyinin bəzi səhvlərinə baxmayaraq, Donald Trampa dəstəyini davam etdirdiyini bildirib.

Medianews.az xəbər verir ki, bu barədə o, ABŞ nümayəndə heyəti ilə keçirilən görüş zamanı danışıb.

Lukaşenko qeyd edib ki, onun mövqeyinin Trampa çatdırılmasını istəyir: “İstərdim ki, mənim fikirlərimi Donald Trampa çatdırasınız. Hesab etdiyim bəzi səhvlərə baxmayaraq, mən hələ də sizin prezidentinizin tərəfdarıyam”.

ABŞ nümayəndə heyəti martın 19-da Belarus lideri ilə görüş üçün ölkəyə səfər edib. Danışıqlar qapalı formatda keçirilib.

Medianews.az

Bizə qoşulun