Medianews.az
Mahnı sözlərinə görə 3 ilədək
121 baxış

Mahnı sözlərinə görə 3 ilədək həbs tələb olunur

Türkiyəli müğənni Mabel Matiz (Fatih Karaca) barəsində açılan cinayət işində prokuror 6 aydan 3 ilədək həbs cəzası tələb edib.

Medianews.az xəbər verir ki, İstanbul 54-cü Asliye Cinayət Məhkəməsində baxılan iş “Perperişan” adlı mahnının sözlərində əxlaqa zidd məzmun və açıq erotik ifadələrin olduğu iddiası ilə bağlıdır.

 İttihama görə, əsər yaş məhdudiyyəti olmadan yayımlandığı üçün uşaqlar üçün risk yarada bilər.

Məhkəmədə iştirak etməyən sənətçinin vəkilləri müdafiə üçün əlavə vaxt istəyib. Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndəsi isə mahnı sözlərinin əxlaqa zidd seksual məzmun təşkil etdiyini və cinayət tərkibi yaratdığını bildirib.

Prokuror yekun rəyində Karacanın “əxlaqa zidd məzmunlu materialların yayılmasına vasitəçilik” maddəsi ilə 6 aydan 3 ilədək azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə tərəflərə müdafiə hazırlamaq üçün vaxt verərək iclası təxirə salıb.

Medianews.az

Bizə qoşulun