ABŞ-nin Kolorado ştatında yaşayan Lou Salas adlı şəxs dünyanın ən böyük pazlını yığaraq rekorda imza atıb.
Bu barədə KRDO telekanalı məlumat yayıb.
Bildirilib ki, nəhəng pazlın yığılması 4 il davam edib. Salas bu müddət ərzində ümumilikdə 800 saatdan çox vaxt sərf edib.
Məlumata görə, pazl 60 ayrı qutudan ibarət olub və hər qutuda 1000 detal yerləşib. Nəticədə ümumi hissələrin sayı 60 minə çatıb. Həmin pazl Yer kürəsinin qitələrini və yüzlərlə dünya möcüzəsini əks etdirir.
Qeyd edilib ki, rekordçunun bu prosesdə ən böyük köməkçilərindən biri hazırda 12 yaşı olan nəvəsi olub./publika.az

