Medianews.az
Mart ayında sərnişinlər ən çox
114 baxış

Mart ayında sərnişinlər ən çox bu metrostansiyadan istifadə ediblər

Bakı Metropoliteni ötən ay 18 269 887 sərnişinə xidmət göstərib.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % artım qeydə alınıb.

Ötən ay metroda 6 mart ən çox sərnişin (796 734 nəfər) daşınmış gün olub.

Bayram günlərində mərkəz istiqamətində axın kəskin artıb.

21-22 mart tarixlərində “Sahil” stansiyası metronun ən işlək nöqtəsi olub və gündəlik ortalamadan 51% daha çox sərnişin qəbul edib.

Bizə qoşulun