Medianews.az
Mədən güclü partlayış:
117 baxış

Mədən güclü partlayış: 9 nəfər öldü

Kolumbiyanın Kundinamarka bölgəsində kömür mədənində baş verən güclü partlayış vaş verib.

Medianews.az xəbər verir ki, hadisə nəticəsində 9 işçi həyatını itirib, 6 nəfər yaralanıb.

Hadisə “Karbonera Los Pinos” şirkətinin istismar etdiyi “La Siskuda” mədənində qeydə alınıb. Partlayışdan sonra aparılan axtarış-xilasetmə işləri zamanı həlak olanların cəsədləri çıxarılıb.

Milli Mədən Agentliyinin (ANM) məlumatına görə, qəza ilkin ehtimala əsasən metan qazının toplanması nəticəsində baş verib. Qurum bildirib ki, aprelin 9-da aparılan yoxlama zamanı mədəndə təhlükəli qaz yığılması aşkarlanıb və şirkətə təhlükəsizlik tədbirlərini gücləndirmək barədə xəbərdarlıq edilib.

Hadisə ilə bağlı şirkət hələlik rəsmi açıqlama verməyib.

Medianews.az

Bizə qoşulun