Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Kiçik Vətən — Rusiyanın gücü” adlı Ümumrusiya bələdiyyə forumunda çıxış edərək ölkənin qarşısında duran hədəfləri açıqlayıb.
Medianews.az xəbər verir ki, Medvedevin sözlərinə görə, Rusiya hazırda ölkənin mövcudluğunu istəməyən qüvvələrə qarşı müharibə aparır.
O bildirib ki, antirusiya qüvvələrinin istənilən fəaliyyətinin qarşısı alınmalıdır və bunun üçün bütün şərtlər mövcuddur. O, məsuliyyətli bələdiyyə işçilərinin bu prosesdə mühüm rol oynayacağını vurğulayıb.
Medianews.az