Meksika xüsusi təyinatlıları ölkənin ən təhlükəli cinayət qruplarından biri olan “Xalisko Yeni Nəsil Karteli”nə (CJNG) ağır zərbə endirib.
Medianews.az xəbər verir ki, əməliyyat zamanı təşkilatın əsas maliyyə fiqurlarından biri və “El Menço”nun yaxın adamı saxlanılıb.
“Bağban” ləqəbli Audias Flores 19 aylıq izləmədən sonra ələ keçirilib. O, kartelin Pasifik sahillərində geniş ərazilərə nəzarət edən ən yüksək səviyyəli komandirlərindən biri hesab olunurdu və lider Nemesio Oseguera (“El Menço”) sonrası mümkün varis kimi göstərilirdi.
Meksika Dəniz Qüvvələrinin keçirdiyi əməliyyatda Flores Puerto Vallarta yaxınlığındakı dağlıq ərazidə gizləndiyi yerdə yaxalanıb. Əraziyə 500 əsgər, helikopterlər və hərbi texnika cəlb olunub. O, qaçmağa çalışarkən kanalizasiya tunelində tutulub.
Flores ABŞ tərəfindən 5 milyon dollar mükafatla axtarılırdı və ölkəyə narkotik daşınmasında böyük şəbəkəyə rəhbərlik etdiyi bildirilir.
Saxlanmadan sonra kartel üzvləri Reynosa şəhərində yolları bağlayaraq xaos yaradıb. Bir neçə nöqtədə blokadalar qurulub, hərəkət iflic olub. Eyni əməliyyat çərçivəsində maliyyə əməliyyatlarına rəhbərlik edən daha bir şübhəli də tutulub.
Medianews.az
