Medianews.az
Məktəb hücumlarının təsiri:
122 baxış

Məktəb hücumlarının təsiri: Uşaq özünə “zireh” düzəltdi – VİDEO

Türkiyədə ŞanlıurfaKahramanmaraşda baş verən hücumlardan sonra yayılan görüntü cəmiyyətdə geniş rezonans doğurub.

Medianews.az xəbər verir ki, bir uşağın dəftərlərini paltarına bərkidərək özünə “zireh” düzəltməsi diqqət çəkib.

Anası gördüklərindən sarsıldığını bildirərək, uşağın bir neçə gün əvvəl zirehlə bağlı suallar verdiyini deyib və “İndi onu məktəbə necə göndərim?” sözləri ilə narahatlığını ifadə edib.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntü uşaqların zorakılıq hadisələrindən necə təsirləndiyini yenidən gündəmə gətirib. Mütəxəssislər isə belə halların uşaqlarda qorxu və narahatlığı artırdığını vurğulayır.

Medianews.az  

Bizə qoşulun