Medianews.az saytı Mərkəzi Bankın valyuta ehtiyatı tarixçəsinə nəzər salıb.
Statistikaya görə, 2015-ci ilə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı rəsmiləşib, 2016-cı ilə 5 milyard 16,7 milyon dollara, 2017-ci ilə 3 milyard 974,4 milyon dollara düşüb.
2018-ci il 5 milyard 334,6 milyon dollar, 2019-cu il 5 milyard 625,7 milyon dollar, 2020-ci il 6 milyard 258 milyon dollar, 2021-ci il 6 milyard 369,4 milyon dollar, 2022-ci il 7 milyard 75 milyon dollar, 2023-cü il 8 milyard 995,7 milyon dollar, 2024-cü il 11 milyard 613 milyon dollar, 2025-ci il 10 milyard 959,5 milyon dollar, 2026-cı il 11 milyard 514,9 milyon dollarla start götürüb.
Mayın 1-nə olan hesabatda valyuta ehtiyatı 12 milyard 686,5 milyon dollar göstərilib.
Mərkəzi Bankın statistik bülleteninə əsasən, aprelin 1-nə 22 bankın cəmi aktivləri 57 milyard 960,8 milyon manat, cəmi öhdəlikləri 50 milyard 292,5 milyon manat olub.