Medianews.az
 Məşhur aktrisa: “Heç nəyə iştahım qalmayıb” -
245 baxış

Məşhur aktrisa: “Heç nəyə iştahım qalmayıb” - FOTO

Türkiyəli aktrisa Hazar Ergüçlü son illərdə həm karyerası, həm də şəxsi həyatı ilə bağlı etiraflar edib.

Medianews.az xəbər verir ki, aktrisa yutubda yayımlanan "Niyə filmimi çəkə bilmirəm?" verilişinin qonağı olub.

Məşhur aktrisa bildirib ki, son illər heç bir işə həvəsi qalmayıb: “İzləmək, çölə çıxmaq, hətta çörək yemək belə istəmirəm. Heç nəyə iştahım qalmayıb.”

Hazar Ergüçlü əlavə edib ki, kino və aktyorluq yarışları, planlaşdırılmış işlərdən uzaqlaşıb daha real şeylər axtarır: “Sinefillik” yarışından çox yorulmuşam və bu məni narahat edir. “Baxmısan? Başa düşdün? Yetərincə ağıllısan?” suallarından bezmişəm. Heç biri deyiləm və heç birini izləmədim. Bəsdir! Bilmirəm, bəlkə də bu, hazırda bir serialda çəkilməkdən qaynaqlanan güclü yorğunluqdur”.

 Medianews.az

Bizə qoşulun