Məşhur aktrisa tanınmış siyasətçinin oğluna ərə gedir
Məşhur aktrisa Miray Daner şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
Medianews.az xəbər verir ki, aktrisanın sevgilisi Ata Caner Çerçioğlu ilə münasibəti evlilik yolunda irəliləyir.
Ata Caner Çerçioğlu isə AK Partiyə keçidi ilə uzun müddət gündəmdə olan Aydın Böyükşəhər Bələdiyyə sədri Özlem Çerçioğlunun oğludur.
Məlumata görə, cütlük artıq nişan hazırlıqlarına başlayıb və yay aylarında ailə arasında mərasim keçiriləcəyi iddia olunur. Miray Daner və Ata Caner Çerçioğlunun təxminən üç ildir birlikdə olduğu bildirilir.
Özlem Çerçioğlunun CHP-dən ayrılıb AK Partiyə keçməsindən sonra Miray Danerin sosial media paylaşımları da diqqət mərkəzinə düşüb. İzləyicilər aktrisanın paylaşımına yüzlərlə şərh yazaraq məsələni sosial şəbəkələrdə geniş müzakirə ediblər.