Medianews.az
Məşhur aktyor vəfat etdi:
124 baxış

Məşhur aktyor vəfat etdi: ölüm səbəbi AÇIQLANDI

“Həyatımızın günləri” (“Days of Our Lives”) və “Melroz Pleys” (“Melrose Place”) serialları ilə tanınan amerikalı aktyor Patrik Malduunu apreil 19-da vəfat edib.

Medianews.az xəbər verir ki, onun qəfil ölümü ilə bağlı detallar açıqlanıb.

Aktyorun ürək tutmasından vəfat etdiyi bildirilib.

Rəsmi sənədlərə görə, ürək tutmasına ağciyər emboliyası və genetik qan laxtalanması pozuntusu səbəb olub.

O, ölümündən iki gün əvvəl sosial şəbəkədə yeni layihəsi – “Kockroach” filmi ilə bağlı paylaşım etmişdi.

Patrik Malduun xüsusilə “Həyatımızın günləri” (“Days of Our Lives”) serialında canlandırdığı Ostin Rid obrazı ilə tanınıb. O, həmçinin “Melroz Pleys” (“Melrose Place”) serialında Riçard Hart rolunu ifa edib və “Ulduz gəmisinin əsgərləri” (“Starship Troopers”) filmindəki rolu ilə yadda qalıb.

Medianews.az

 

Bizə qoşulun