Böyük Britaniyanın məşhur 66 yaşlı aparıcısı Kevin MakKlaud artrit xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.
Medianews.az-ın məlumatına görə, aparıcı bildirib ki, hər iki əlində artrit diaqnozu qoyulub və bu səbəbdən işində istifadə etdiyi alətləri tutmaqda çətinlik çəkir.
Kevin həmçinin bədənin müxtəlif nahiyələrində ağrılar hiss etdiyini və əvvəlki kimi bəzi işləri görə bilmədiyini deyib.
Buna baxmayaraq, o, səhhətindəki problemlərə rəğmən verilişdə fəaliyyətini davam etdirməyi planlaşdırır.
Medianews.az