Medianews.az
Məşhur futbolçu
110 baxış

Məşhur futbolçu VƏFAT ETDİ

Türkiyədə bir sıra klublarda çıxış etmiş nigeriyalı futbolçu Maykl Eneramo vəfat edib.

 Medianews.az xəbər verir ki,  40 yaşlı sabiq hücumçu Nigeriyanın Kaduna əyalətində məşq zamanı qəfil huşunu itirib. Hadisənin U/Yelwa Mini Stadionunda baş verdiyi bildirilir. Eneramo dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Nigeriya Futbol Federasiyası futbolçunun ölümünü rəsmi şəkildə təsdiqləyib.

İlkin ehtimallara görə, Eneramonun ölümünə səbəb ürək tutması olub. Qeyd edilir ki, futbolçu hələ 2013-cü ildə Türkiyədə Sivasspordan Beşiktaşa transferi zamanı tibbi müayinələrdən keçərkən onda ürək problemi aşkar edilmişdi. Həmin dövrdə həkimlər onun ürək əzələlərinin normal işləmədiyini və infarkt riski daşıdığını bildirmişdilər.

Karyerası ərzində Eneramo Türkiyədə Karabükspor, Başakşehir və Manisaspor kimi klublarda da çıxış edib.

Onun qəfil ölümü futbol ictimaiyyətində böyük kədər doğurub.

 Medianews.az

Bizə qoşulun