Medianews.az
Məşhur milyarder 17-ci mərtəbədən
127 baxış

Məşhur milyarder 17-ci mərtəbədən yıxılaraq ölüb

İngilis moda şirkəti ASOS-un həmtəsisçisi, 58 yaşlı Kventin Qriffits 17-ci mərtəbədən yıxılaraq həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə Pattaya şəhərində yaşadığı binada baş verib.

İnsident yerinə çağrılan təcili yardım milyarderin bədənini balkondan aşağıda tapıb. Ölüm səbəbi ekspertizadan sonra dəqiqləşdiriləcək.

Hadisə ilə bağlı istintaq başladılıb və Qriffitsin keçmiş həyat yoldaşı ilə davam edən hüquqi mübahisə zamanı öldüyü müəyyən edilib.

İddialara əsasən, keçmiş həyat yoldaşı birlikdə idarə etdikləri şirkətdən 500 min funt-sterlinq alıb. O, keçən il Qriffitsin məlumatı olmadan torpaq və şirkət paylarını satmaq üçün saxta sənədlər hazırlamaq ittihamı ilə saxlanıb.

Kventin Qriffits 2000-ci ildə Nik Robertson və Andrev Reqan ilə birlikdə ASOS-un qurucularından olub və 2005-ci ilə qədər şirkətdə fəaliyyət göstərib. Kiçik bir startap kimi başlayan ASOS sonradan 3 milyard funt-sterlinq dəyərində qlobal e-ticarət nəhənginə çevrilib.

Medianews.az

 

Bizə qoşulun