Türkiyənin məşhur rejissor Camal Alpan pankreas xərçəngi xəstəliyindən sonra həyatını itirib.
Medianews.az xəbər verir ki, 57 yaşlı rejissor doğum günündə vəfat edib.
Onun qardaşı Cem Alpan sosial mediada paylaşım edərək, “Qardaşım Camal Alpanı itirdik. Uzun müddət pankreas xərçəngi ilə mübarizə aparırdı. Bu müddətdə onu tək qoymayan dostlarına baş sağlığı diləyirəm”, – deyib.
Cemal Alpan Serenay Sarıkaya, Kıvanç Tatlıtuğ, Fahriye Evcen, Burak Özçivit və Demet Evgar kimi məşhurlarla çəkdiyi reklam filmləri ilə tanınırdı.
Medianews.az

